Tunisə qarşı oyunda 11 oyunçudan 1-i Fransa əsilli olub

   Tunisə qarşı oyunda    11 oyunçudan 1-i Fransa əsilli olub
  02 Dekabr 2022    Oxunub:778
Xəbər verdiyimiz kimi noyabrın 30-da Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin gərgin 3-cü turu baş tutdu. Tunis - Fransa oyunu isə daha çox diqqət çəkib.
Çünki Fransanın bir çox Afrika və ərəb ölkələri ilə tarixən ciddi problemləri olub. Tunis yığması fransızları 1-0 hesabıyla məğlub etməyi bacardı. Amma bu qələbədən çox Fransa milli komandasının meydana çıxardığı heyət müzakirə olunmağa başlayıb. Çünki 11 nəfərlik heyətdə cəmi bir nəfər Fransa əsilli oyunçu olub. Digər futbolçuların 90 faizi Afrika əsilli olublar.

16. Stiv Mandanda - Konqo, 25. Eduardo Kamavinqa -Konqo, 20. Kinqsli Koman -Qvadelupe, 3. Aksel Disasi -Konqo, 13. Yusuf Fofana -Mali, 6. Matteo Qenduzi - Fas, 12. Randal Kolo Muani - Konqo, 24. İbrahima Konate - Mali, 8. Aurelien Çaumeni -Kamerun, 4. Rafael Varan - Martinik. Yalnız 15 nömrəli Cordan Veretut Fransa əsillidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Farnsa   Tunis  





Xəbər lenti