Meksika millisinin baş məşqçisi istefa verib

Meksika millisinin baş məşqçisi istefa verib
  01 Dekabr 2022    Oxunub:755
Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.
60 yaşlı mütəxəssis Qətərdə keçirilən mundialın qrup mərhələsinin üçüncü turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb. Argentinalı baş məşqçi komandanın mərhələ adlaya bilməməsinə görə məsuliyyəti üzərinə götürüb.

X.Martino 2019-cu ildən Meksika millisində işləyib. Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə pley-off mərhələsinə yüksələ bilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti