Aftafa-fanatlar
// İran hakimiyyəti Qətərə saxta azarkeşlər göndərib
Uelslə son oyun üçün İran hakimiyyəti fanatlar arasında saxta dəstək və rəğbət hissi yaratmaq üçün yüzdən çox saxta azarkeş göndərib. Rejim ABŞ ilə oyun üçün bu saxta azarkeşlərin sayını xeyli artırmağı planlaşdırır. Onların sayı minlərlə olacaq.
Qeyd olunub ki, İran milli komandasının futbolçuları himni oxumaqdan imtina etdikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusuna çağırılıb. İlk turda İngiltərə ilə oyundan (2:6) əvvəl milli komandaya hədiyyələr və maşınlar vəd edilmişdi. Lakin sonradan İran millisinin futbolçuları dövlət himinini oxumaqdan imtina etdikdən sonra hakimiyyət onları qohumlarının həbs olunması və işgəncə görməsi ilə hədələyib. Oyunçularının himni oxumamasına səbəb isə ölkədə baş verən iğtişaşlardır. Onlar bu jestlə bir müddət əvvəl 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz etmişdi. Həmçinin İnqilab Keşikçiləri oyunçuların əcnəbilərlə görüşməməsinə diqqət yetirirlər.
Xatırladaq ki, bu gün keçiriləcək İran - ABŞ görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
AzVision.az
Teqlər: