DÇ-2022: Qana millisi ilk qələbəsini qazanıb

      DÇ-2022:    Qana millisi ilk qələbəsini qazanıb
  28 Noyabr 2022    Oxunub:1056
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edir.
Günün ikinci qarşılaşması H qrupunda Cənubi Koreya və Qana milliləri arasında keçirilib. Görüşdə ilk qolu 24-cü dəqiqədə qanalı futbolçu Məhəmməd Salisu vurub. Matçın 34-cü dəqiqəsində isə Məhəmməd Kudus fərqlənib-2:0.

Cənubi Koreya futbolçuları 58-ci dəqiqədə Sun Kyu Ço ilə fərqi minimuma endirib - 1:2. Təzyiqi artıran Asiya təmsilçisi Sun Kyu Ço ilə 61-ci dəqiqədə tarazlığı bərpa edib - 2:2. 68-ci dəqiqədə fərqlənən Məhəmməd Kudus Qananı yenidən hesabda önə çıxarıb - 3:2. Bu matçda vurulan son qol olub.

Bununla da Qanan H qrupunda ilk xalını və qalibiyyətini qazanıb. Cənubi Koreya isə 2 oyuna bir xal toplayaraq sonuncu pillədə qərarlaşıb. Qrupunun digər oyunu isə Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq Portuqaliya və Uruqvay milliləri arasında baş tutacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti