Ermənistanın yeni silahlarına preventiv zərbə endirilməlidir – Hərbi ekspert

   Ermənistanın yeni silahlarına preventiv zərbə endirilməlidir –    Hərbi ekspert
  28 Noyabr 2022    Oxunub:3442
Ermənistanın keçmiş ənənəvi müttəfiqi Rusiya artıq onu müdafiə edə bilmir və etmək də istəmir. İrəvan bütün qonşularına (hələlik İran xaric) qarşı aqressiv davranmaqla özünü təcrid etdi, Qərbdə isə Rusiyanı əvəzləyəcək silah tədarükçüsü və müttəfiq tapmadı.
Rusiyanın Ermənistana verdiyi silah yardımının ağır yükünü nə Fransa, nə Hindistan, nə də İran daşımaq niyyətindədirlər. Rusiyanın özünə silah Ermənistandan çox lazımdır.

Amma silahlanma təşəbbüsü Ermənistanda prioritet olaraq qalır. Müharibə itkilərinin yerini doldurmaq üçün İrəvana 10-15 il lazım ola bilər. Bütün hallarda məğlub işğalçının silahlanma təşəbbüsləri Azərbaycan üçün qəbuledilməzdir. Çünki həmin silahlardan gec-tez bizə atəş açılacaq.

Hələlik Hindistan və İran İrəvana silah satmaqla Hərbi Qənimətlər Parkındakı eksponatlarının sayının artması üçün çalışırlar. Odur ki, Ermənistana aid istənilən silahın Azərbaycan ərazilərinə təhdid yaradacaq qədər yaxınlaşması onlara preventiv zərbələri zəruri edir.

Bu, hazırda Ermənistanı silahlandırmağa çalışan ölkələrin onsuz da müştərisiz olan silah bazarına da öz "töhfəsini" verə bilər.

Ədalət Verdiyev, hərbi ekspert





Teqlər:





Xəbər lenti