Ronaldo komanda yoldaşlarına şam yeməyi verdi

   Ronaldo komanda yoldaşlarına şam yeməyi verdi
  27 Noyabr 2022    Oxunub:633
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Dohada komanda yoldaşları üçün şam yeməyi təşkil edib.
AzVision.az "Daily Mail"ə istinadən xəbər verir ki, 37 yaşlı oyunçu hesabı ödəyib. Şam yeməyinə Ronaldonun bu ay ayrıldığı “Mançester Yunayted”in futbolçular Brunu Fernandeş və Dioqu Dalot da qatılıb.

Bernardo Silva, Joao Kanselu və Xose Sa ailələri ilə Qətərdə olduqları üçün iştirak etməyiblər. Onlar ailələri ilə vaxt keçirmək qərarına gəliblər.

Qeyd edək ki, Portuqaliya DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Qanaya 3:2 hesabı ilə qalib gəlib. Yığma növbəti oyununu noyabrın 28-i Uruqvaya qarşı keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti