DÇ-2022: Fransa Danimarka ilə, Argentina Meksika ilə qarşılaşacaq

      DÇ-2022:    Fransa Danimarka ilə, Argentina Meksika ilə qarşılaşacaq
  26 Noyabr 2022    Oxunub:699
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha dörd oyun keçiriləcək.
C və D qruplarında II turun qarşılaşmaları baş tutacaq. Günün ilk matçı D qrupuna təsadüf edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcəklər.

C qrupunda II tura Polşa-Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022

Qrup mərhələsi, II tur

C qrupu


17:00. Polşa-Səudiyyə Ərəbistanı

Baş hakim: Vilton Sampayo (Braziliya)

“Edyukeyşn Siti” stadionu

23:00. Argentina - Meksika

Baş hakim: Daniele Orsato (İtaliya)

“Lusail” stadionu

Xal durumu: Səudiyyə Ərəbistanı - 3, Polşa - 1, Meksika - 1, Argentina - 0.

D qrupu

14:00. Tunis-Avstraliya

Baş hakim: Daniel Zibert (Almaniya)

“Əl-Canub” stadionu

20:00. Fransa - Danimarka

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Stadium 974”

Xal durumu: Fransa - 3, Danimarka- 1, Tunis - 1, Avstraliya - 0.

AzVision.az



Teqlər:





Xəbər lenti