Boks üzrə dünya çempionu 37 yaşında vəfat etdi

Boks üzrə dünya çempionu    37 yaşında    vəfat etdi
  25 Noyabr 2022    Oxunub:872
Boks üzrə keçmiş dünya çempionu meksikalı Moyzes Fuentes 37 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) rəsmi saytında məlumat verilib.
Fuentes 2021-ci ilin oktyabrında David Kuelyar ilə döyüş zamanı nokautla məğlub olub. Döyüşdən sonra onun beynində qan laxtası əmələ gəlib. Fuentes medikamentoz komaya düşüb və Meksikanın Kankun şəhərində təcili əməliyyat edilib. O sonradan reabilitasiya üçün Mexikoya köçürülüb.

Qeyd edək ki, Moyzes peşəkar rinqdə yüksək çəki dərəcəsində mübarizə aparıb, yeddi məğlubiyyəti, bir heç-heçəsi və 25 qələbəsi var. Onlardan 14-ü nokautla əldə edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Boks  





Xəbər lenti