Messi ilə Səudiyyə Ərəbistanı arasında mübahisəli RAZILAŞMA

   Messi ilə Səudiyyə Ərəbistanı arasında mübahisəli    RAZILAŞMA
  23 Noyabr 2022    Oxunub:1019
Qətərdə keçirilən 2022-ci il Dünya çempionatında dünən bir ilk yaşandı. Argentina Səudiyyə Ərəbistanına 1-2 hesabı ilə məğlub oldu. Qələbə maçından sonra isə Səudiyyə Ərəbistanında tətil elan edildi. Lakin futbol görüşündən əvvəl yaşananlar geniş müzakirələrə səbəb olub. Messi ilə Səudiyyə Ərəbistanın səlahiyyətli şəxsləri arasında bağlanan müqavilə Avropa mediasında böyük əks-sədaya səbəb olub.
Argentinanın 36 oyunluq məğlubiyyətsizlik seriyası Səudiyyə Ərəbistanı ilə oyunda sona çatdı. Argentina matçda məğlub olmasaydı, məğlubiyyətsizlik seriyasını 37 oyuna çatdıracaq və İtaliya rekorduna şərik olacaqdı. Lakin Argentina 1930-cu ildən bəri ilk dəfə Dünya Kuboku matçında məğlub oldu.



Bu məğlubiyyətdən sonra Messinin Səudiyyə Ərəbəsitanı ilə əvvəlcədən bağladığı müqavilə ortaya çıxıb. "The Athletic" futbolçunun "Vision 2030" adı altında sponsorluq müqaviləsi imzalandığını açıqlayıb. Xəbərdə Yunanıstan, Misir və Səudiyyə Ərəbistanın birgə "2030 Dünya Çempionatı" təşkil etmələri üçün FİFA-ya rəsmi müraciət edəcəyi bildirilib. Müqaviləyə əsasən, Messi səfir kimi deyil, Səudiyyə Ərəbistanında turizmin inkişaf etdirilməsində iştirak edəcək. Lakin ölkə rəsmilərinin dünya çempionatı FİFA-ya müraciətindən sonra Lionel Messiyə kubokun səfiri təklifi ilə gedəcəkləri qeyd edilib.

"The Athletic" Səudiyyə Ərəbistanın bu təklifi öncə Kristian Ronaldoya 5 milyon sterlink qarşılığında etdiyini qeyd edib. Lakin futbolçu imtina edib. Messi isə Ronaldoya edilən təklifin 5 qatını illik gəlir kimi istəyib.

"Daily Mail" isə Səudiyyə Ərəbistanı ilə Messi arasında bağlanan müqavilənin 25 milyon sterlink dəyərində olduğunu qeyd edib.



"The Athletic"dəki xəbərin təfərrüatında 2030-cu ildə Uruqvayın Argentina ilə birgə dünya çempionatı keçirməyi hədəflədiyi və səfir kimi Luis Suares və Lionel Messinin seçildiyi bildirilib. Məlumatda Messi və Suaresin dünya çempionatının səfirlik təklifini qəbul etdiyi və Argentina-Uruqvayı qəbul etmək üçün FİFA-ya rəsmi müraciət ediləcəyi qeyd edilib.

2022-ci il Qətər dünya çempionatından sonra futbolda 4 illik fasilə başlayacaq. 2026-cı ildə dünya çempionatı ABŞ, Meksika və Kanadanın tərəfdaşlığı ilə keçiriləcək. 2030-cu il Dünya Kuboku üçün rəsmi müraciətlər iyun ayında başlayıb.



Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti