61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
  22 Noyabr 2022    Oxunub:930
Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
AzVision.az ın məlumatına görə, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub. S.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti