Eksklüziv olaraq CinemaPlus-da “Lamborgini: Əfsanə adam"

Eksklüziv olaraq CinemaPlus-da    “Lamborgini: Əfsanə adam"
  22 Noyabr 2022    Oxunub:1602
Noyabrın 24-də və 25-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Lamborgini: Əfsanə adam”və digər filmlərin siyahısı
“CinemaPlus” kinoteatrlar şəbəkəsində noyabrın 24-dən etibarən ABŞ və İtaliya istehsalı olan “Lamborgini: Əfsanə adam” bioqrafik dram filminin nümayişi başlayır. Süjet real hadisələr üzərində qurulub.

Filmin rejissoru: Robert Moresko.
Baş rollarda: Frenk Qrillo, Mira Sorvino, Qabriel Brin.
Müddəti 110 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: İtalyan lüks idman avtomobil şirkətinin qurucusu Ferruccio Lamborghini-nin həyat hekayəsi. Ferruccio karyerasına İkinci Dünya Müharibəsindən qalma hərbi texnikadan hazırlanmış kənd təsərrüfatı texnikalarının istehsalı ilə başlayıb. Daha sonra o, Lamborghini superavtomobillərinin yaradılması və realizasiyası üzərində çalışır və bu onun həyat məqsədinə çevrilir. Filmin süjeti Lamborghini-nin yaranmasından ən azı 1970-ci illərə (yəni "supercar" ikonası Lamborghini Countach-ın təqdim olunduğu vaxt) qədər olan tarixi əhatə edəcək.



“İkiqat döngə” hərbi döyüş filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “İkiqat döngə” hərbi döyüş filminin nümayişi başlayır.
Filmin rejissoru: Castin Dillard.

Baş rollarda: Conatan Mejors, Qlen Pauell, Serinda Svon.
Müddəti 150 dəqiqə. Yaş həddi 16+
Film haqqında qısa məlumat : Koreya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin iki pilotu yaxın dost və "silah qardaşı" olurlar. Növbəti tapşırığın yerinə yetirilməsi zamanı pilotlardan biri düşmən ərazisi üzərində vurulur. Komandanlıq xilasetmə əməliyyatına ehtiyac görmür, lakin həqiqi sədaqət digər əsgərin yoldaşını çətin vəziyyətdə qoyub getməsinə imkan verməyəcək.



“Bakının açarı” Azərbaycan detektiv filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Bakının açarı” detektiv filminin nümayişi başlayır.

Filmin rejissoru: Zaur Tahirsoy.
Baş rollarda: Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli.
Müddəti 90 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat : Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.



“Kral qadın” tarixi dram filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Kral qadın” tarixi dram filminin nümayişi başlayır.
Filmin rejissoru: Jina Prins-Baytvud.
Baş rollarda: Viola Devis, Tuso Mbedu, Laşana Linç.
Müddəti 145 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: 1800-cü illərdə Afrikanın Dahomey krallığını müdafiə edən qadın döyüşçü dəstəsi "Agoci"-nin hekayəsi.



“Kendi yolumda” Türk komediya filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Kendi yolumda” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Ömer Faruk Sorak.
Baş rollarda: Gökhan Özoğuz, Gökçe Bahadır, Ferit Aktuğ.
Müddəti 90 dəqiqə. Yaş həddi 12+

Film haqqında qısa məlumat: Gökhan Özoğuz Adanada getdiyi təmir sexində ustanın şagirdi Ömər Əli ilə tanış olur. Ömər Əlinin ona dinlətdirdiyi mahnını bəyənir və ona bu işi atmamasını deyir. Zalım atası ilə işləyən gənc mexanik Gökhandan “Mənim kimi ailədə, mənim kimi təmirxanada doğulsaydın, Athena Gökhan olardın?” deyə soruşur. Gökhan bu sualdan təsirlənir və maşının təmirini gözləyərkən yuxuya gedir. Komediya və dram janrını birləşdirən film Gökhanın özünü Adananın çətin məhəllələrində böyüyən bir mexanikin şagirdi kimi gördüyü yuxu ilə davam edir.



Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:
IOS link
Android link
əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti