Kirayə evdə yaşayan qadın özünü binadan atdı

Kirayə evdə yaşayan qadın özünü binadan atdı
  22 Noyabr 2022    Oxunub:1280
Bakıda intihar hadisəsi baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Sabirabad rayonundan olan 30 yaşlı Gülər Abdulqasım qızı Mənsimova kirayədə yaşadığı evin pəncərəsindən özünü atıb, nəticədə o aldığı xəsarətlərdən ölüb.

İntiharın baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az



Teqlər: İntihar  





Xəbər lenti