“Fransa Azərbaycana qarşı ikili standartlar sərgiləyir” - Qazaxıstanlı politoloq

   “Fransa Azərbaycana qarşı ikili standartlar sərgiləyir” -    Qazaxıstanlı politoloq
  21 Noyabr 2022    Oxunub:2126
“Fransa Senatının Azərbaycana qarşı qətnaməsi ikili standartdır. Bu, beynəlxalq hüququn prinsiplərinin, Azərbaycanın ərazi bütövlüyünün və Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının kobud şəkildə pozulmasıdır”.
Bu sözləri AzVision.az-a qazaxıstanlı politoloq Dulatbek Kıdırbekulı söyləyib. O deyib ki, Fransanın yüksək səviyyədə buraxdığı bu səhv ciddi suallar doğurur.
Fransa Fələstin üçün maliyyə yardımı ayıracaq

“Niyə Avropa İttifaqının digər ölkələri bunu etmirlər? Çünki beynəlxalq hüququn prinsiplərinə hörmət qoyurlar. Niyə Fransa, İran və Rusiya Ermənistanı dəstəkləyirlər? Bir-birilə qarşıdurma vəziyyətində olan bu ölkələri birləşdirən tellər Ermənistanı gizli fəaliyyətə sövq edir”, - o qeyd edib.

Politoloq bildirib ki, erməni diasporu İranda, Rusiyada və bir sıra başqa ölkələrdə fəaliyyət göstərir. Fransanın dövlət orqanlarında Ermənistanın maraqlarını təbliğ edir: “Məsələn, fransız müğənni Şarl Aznaur 1990-cı illərdə bütün İrəvanın elektrik şəbəkəsini öz hesabına saxlayırdı. Bundan sonra ermənilərlə Fransa arasındakı münasibətləri təsəvvür etmək çətin deyil. Məncə, Fransanın Azərbaycana qarşı ikili standartlarının kökləri buradadır”.

Samir Vəliyev




Teqlər: Fransa  





Xəbər lenti