DÇ-2022-yə görə ac və susuz qaldılar

   DÇ-2022-yə görə ac və susuz qaldılar
  21 Noyabr 2022    Oxunub:709
Ötən gün Qətərdə start götürən DÇ-2022-də çalışan işçilərin bir çoxu iş şəraitindən şikayətləniblər.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Hindistandan olan 212 kassir (205 kişi və 7 qadın) turnirin açılış mərasiminə qədər 6 saat yeməksiz və susuz qalıb. İşçilərin sözlərinə görə, onlar səhər saat 9-da yerləşdikləri oteldən götürülüb, səhər saat 10:00-da "Əl-Beyt" stadionunda endiriliblər. Lakin işçilər axşam saat 16:00-a qədər arenaya buraxılmayıblar. Kassirlərə müdirin gəlişini gözləməyi söyləsələr də, yemək verilməyib.

Oxşar hadisə stadiondan kənarda 3 saat yeməksiz və susuz qalan 20 filippinli satıcı ilə də baş verib.

Bütün işçilər gündəlik iş şərti ilə "Qatar Star Services" ilə bir aylıq müqavilə imzalayıblar. Onlar pulsuz yataqxana və gündə bir dəfə yeməklə təmin olunurlar.

Qeyd edək ki, Qətərdə təşkil olunan DÇ-2022 dünən start götürüb. Mundial dekabrın 18-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti