Kürdəmirdə mağazada yanğın olub - VİDEO

Kürdəmirdə mağazada yanğın olub -    VİDEO
  17 Noyabr 2022    Oxunub:677
Kürdəmir rayonunun Aran qəsəbəsində mağazada yanğın olub.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasının tavanında baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 80m2 olan mağazanın lambirdən ibarət tavanı 40m2 sahədə yanıb. Mağazanın qalan hissəsi və mağazadakı mallar, habelə bitişik obyektlər yanğından mühafizə olunub.

https://youtu.be/0bcrcTfDVNQ



AzVision.az



Teqlər:





Xəbər lenti