Fransanın Azərbaycana siyasi hücumu: təşkilatçılar və məqsədlər - TƏHLİL

  Fransanın Azərbaycana siyasi hücumu:  təşkilatçılar və məqsədlər -  TƏHLİL
  16 Noyabr 2022    Oxunub:1499
1987-ci ilin oktyabrında Abel Aqanbekyanın bədnam bəyanatı ərazi iddiasının start atəşinə çevrilmişdi. Üzərindən əsrin dörddə birinə qədər vaxt keçib, lakin o vaxt sovetlərin dağılmasına hesablanan və ermənilərin fitvası ilə başlanan müharibə qərarı eyni dalğa və şifrədə Fransa senatının dünən qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə ahəngdarlıq təşkil edir.
Dünya erməniliyi və himayədarları revanşizm siyasəti yönündə-Azərbaycanın qalib imicinə zərbə vurmaq, sülh danışıqlarını qeyri-müəyyən vaxta qədər uzatmaq, “3-cü Qarabağ savaşı” narrativləri ilə ölkə daxilində sabitliyə təsir etmək məqsədi ilə planlar həyata keçirməkdədir. Burada başlıca silah kimi 44 günlük müharibənin Zəfər xronikası, dövlətimizin nəhəng geosiyasi layihələrinin işə salınması, yaxud sülh danışıqlarının ərəfəsi olan xüsusi siyasi təqvimlərdə idarə edilən total və aqressiv dezinformasiya hücumu tətbiq edilir.

AŞPA və Avropa Parlamentində, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik idarəçilik sistemində vəzifələrə yerləşməklə qlobal şəbəkə formalaşdırıb. Bu şəbəkəyə postmüharibə dövründə, bütün mümkün yollarla yeni üzvlər cəlb edilir. Əsas məqsəd/yenilik: Azərbaycana qarşı atılan addımlarda müxtəlif adlar/təşkilatlar arxasında daha dərindən maskalanmaq, dezinformasiyaya “obyektivlik” görüntüsü vermək üçün riyakarlığı maksimum həddə yüksəltmək, ifşa edilmək imkanlarını minimuma endirməkdir.

Boqosyanlar ailəsinin üzvü Rafael Qluksman və şəbəkəsi iş başındadır

“Avropa Parlamentində siyasi korrupsiyalı deputat şəbəkəsi” postmüharibə dövründə bu şəbəkənin başında duran yeni isim-Rafael Qluksmandandır. Qluksmanın adı mediada “10 ildə 3 inqilab edən adam” (2 Ukrayna Maydanı və 1Gürcüstan inqilabı)kimi tirajlanır. 15 il Ukrayna və Gürcüstanda “töhfə” verdiyi inqilablardan sonra bu ölkələrdə yüksək siyasi dövlət vəzifələri tutan Qluksman 5 il əvvəl Fransaya qayıdıb. Siyasi planların bir hissəsi kimi növbəti dəfə ailə qurub.(əvvəlki həyat yoldaşı Saakaşvili hökümətinin daxili işlər naziri Eka Zquladze olub.) Bu dəfəki həyat yoldaşı Leo Salameo (Hala Salameh) Livanın keçmiş
mədəniyyət naziri, BMT sabiq baş katibi Kofi Annanın xüsusi müşaviri Hassan Salamehin və erməni Meri Boqosyanın qızıdır. Meri Boqosyan, dünyada brilyant maqnatı kimi tanınmış, Brüssel və bütün Qərbdə geniş biznes və siyasi şəbəkəyə malik Jan, Kristian, Albert və Ralf Boqosyan ailəsinin üzvüdür.
“Qızıl əməkdaşlıq” dövrü arxada qaldı

”3 inqilab müəllifi”, heç bir siyasi partiya üzvü olmayan Rafael Qluksman Avropa Parlamentinə sonuncu seçkilərdə “Daşnaksutyunla” tərəfdaşlıq sazişi olan Fransa Sosialist Partiyasının siyahısı ilə parlamentə “salınıb”. Deputat seçilən kimi “Avropa İttifaqında Demokratik Proseslərə Xarici müdaxilə və Dezinformasiya üzrə Xüsusi Komissiya”nın təsisçisi və prezidenti olur (Special Committee on Foreign Interference in all Democratic Processes in the European Union, including Disinformation).
Komissiyanın 1 prezidenti, 19 üzvü (5 Büro üzvü, 7 koordinatoru, 7 məruzəçisi, 6 kölgə/gizli məruzəçi) hamısı - Azərbaycana qarşı şəbəkə yaradan “ağır çəkili” ermənipərəstlər səfərbər olub.

Dezinformasiya Komitəsi” Rafaelin rəhbəri olduğu, davamlı genişləndirdiyi şəbəkəyə xidmət edir və tezliklə “bəhrəsini” verir. 2022-ci ilin əvvəlindən, AvroParlamentdə ölkəmizə qarşı intensiv dezinformasiya fəallığı pik həddə çatır.Bu Komissiyanın təklifi ilə fevralın 8-də AvroParlamentin İnsan Hüquqları üzrə Alt Komitəsi birgə iclasda “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi” mövzusunda, xaricdəki bloggerlərin (Məhəmməd Mirzəli və s.) iştirakı ilə müzakirə keçirir. 1 ay sonra isə 2022-ci il martın 11 -də isə cəmiyyətimizdə son dərəcə hiddət doğuran Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qondarma qətnamə qəbul edilir.

Qluksman son iki ayda informasiya hücumunun şiddətlənməsində baş fiqur kimi: xronika,faktlar

Erməni ailəsinin üzvü olan deputat şəbəkəsinə yeni üzvlər cəlb etməkdə davam edir. Onun yaxın əhatəsinə daxil olan şəxslərin təşəbbüsü ilə 2022-ci ilin aprelində(29/04/2022) Avropada LGBTİ hüquqlarını qoruyan “AŞPA Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsi” adlı yeni parlament platforması yaradılır, 2 ay sonra (21/06/2022) işə başlayır. Cənubi Qafqaz və Azərbaycanda LGBT hüquqları üzrə məruzələr təqdim edilir.

44 günlük Vətən müharibəsinin Zəfər təqvimi-2-ci ildönümü ərəfəsində, Ukrayna müharibəsi və qlobal enerji böhranı fonunda Azərbaycana geosiyasi marağın yüksəlişinə qarşı əks-tədbirlər planı, növbəti dezinformasiya ssenariləri hazırlanır. “Təxribat-cavab əməliyyatları-saxta xəbərlər-informasiya hücumu” formulu işə salınır və oktyabr ayı demək olar ki, Avropa siyasətçilərinin ölkəmizə qarşı təzyiqləri işarəsi altında başlayır. Oktyabrın əvvəlində “hərbi əsirlər videosu” media məkanına atılır, bütün Qərb mediası bir səslə erməni versiyasını tirajlayır. Prosesə daxildəki 5-ci kalon da qoşulur. AŞ-nın baş katibi M.Peyçinoviç-Buriç video ilə bağlı ətraflı məlumat verilməsini, AvroParlamentdə Rafaelin Komissiya üzvü, Makronun partiyadaşı, məlum Valeri Pekresin həmkarı olan Fransua-Ksavye Bellaminin təşəbbüsü ilə bəzi deputatlar Azərbaycana qarşı sanksiyalar, ali komissar Josep Borreldən qaz müqaviləsini də dayandırmağı tələb edən müzakirələr açırlar.

Qluksman, Pekres və Bellami

Oktyabrın 11-də AŞPA-nın məlum Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" mövzusu müzakirə edilir. Son 30 ildə ilk dəfə İngiltərəli deputat Hanna Bardell bu sahədə Azərbaycan üzrə hesabat hazırlamaq üçün məruzəçi təyin edilir. 10-14 oktyabr 2022-ci il tarixlərində ATƏT PA-nın payız sessiyasında “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar” və “Avropa Şurasına üzv dövlətlərdə LGBT paradların və digər tədbirlərin keçirilməsi təhlükəsi ilə bağlı qadağalar” mövzusunda müzakirələr təşkil edilir.

Oktyabrın 10-da Fransanın Avropa və Xarici İşlər Naziri Ketrin Kolonna “France Inter” telekanalına müsahibəsində: “Fransa Ermənistanla bağlı susmur. Biz Ermənistanı dəstəkləyirik” açıqlaması verir. AŞ Monitorinq komitəsi Azərbaycan üzrə (Ştefan Şennakdan sonra) Norveç Əmək Partiyasından Liz Kristoferson-u yeni həmməruzəçi təyin edir. Azərbaycanda demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün proseslərin monitorinqi üçün 5 illik mandat verir.

2022-ci il oktyabrın 12-də dezinformasiya hücumunun pik nöqtəsini-E.Makronun France 2 telekanalına hiddət doğuran müsahibəsi təşkil edilir. Oktyabrın 26-da Makronun müsahibəsinin davamı-2-ci hissəsi olacaq və növbəti hücumlar istisna deyil.

30 ildə ilk məruzəçi təyinatının pərdəarxası: Rafael Qluksmanın Azərbaycana qarşı LGBT parlamentari/ siyasətçi şəbəkəsini formalaşdırıb.

Boqosyan ailəsinin üzvü Rafael-Azərbaycana qarşı yeni cəbhə kimi Avropanın LGBT parlamentari və siyasətçi şəbəkəsinin səfərbər edilməsi kimi yeni plana start verib. Qlobal “ seksual inqilabı, LGBT hərəkatının” dünya miqyaslı tədqiqatçılarından sayılan, Almaniyalı sosioloq, əsərləri 22 ölkədə 14 dilə tərcümə edilən Qabriela Kubi bu hərəkatın məqsədini qısa şəkildə belə ifadə edib:
1. LGBT-cinsi azlıqları seksual (mavi) inqilabın aparıcı qüvvəsi kimi yetişdirmək;
2. İfrat bərabərlik (gender və azlıq) ideologiyasının totalitar təbliği ilə ənənəvi dəyərlər sistemini məhv etmək və cəmiyyəti çökdürmək; dəyərlərə bağlı cəmiyyətlərdə bu mövzuların ifrat qabardılması, radikal ideoloji (ifrat dini və liberal) qütblərin ortaya çıxmasına, toqquşmasına və sabitliyi poza biləcək qarşıdurmalara səbəb ola bilər. Məhz bu məqamlar Azərbaycana qarşı “LGBT kartı”nın tətbiqində də təfərrüatı ilə hesablanıb.

Oktyabrın 11-də son 30 ildə rast gəlinməyən hadisə - AŞPA İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər üzrə müzakirə keçirildi, ilk dəfə hesabat hazırlamaq üçün İngiltərəli deputat Hanna Bardelli məruzəçi təyin edildi.

Azərbaycana qarşı demarş xarakterli müzakirə və məruzələrin təşəbbüskarı Kristof Lakrua kimdir?

(Kristof Lakrua tarixçi, Belçika parlamentinin üzvü,Vanze şəhərinin meridir. Dövlət qulluqçusu və nazirlərin müşaviri, senator, Xarici Əlaqələr, Milli Müdafiə və İqtisadiyyat Komitələrinin üzvü,2014-2017-ci illərdə büdcə, maliyyə, dövlət qulluğu, energetika və iqlim naziri olub. 2018-ci ildən AŞPA üzvüdür. 2022-ci ilin yanvarında Assambleyanın “LGBTİ şəxslərin hüquqları üzrə platforma” təşkilatçısıdır və baş məruzəçisi təyin edilib.)

Kristof Lakrua(Christophe Lacroıx) 2022-ci il may ayının 2-də, Azərbaycandazorakılığın artan səviyyəsi, azərbaycanlı jurnalist, blogger və hüquq müdafiəçilərinə qarşı davam edən təhdidlərlə bağlı qətnamə layihəsi təqdim edib. 38avrodeputatın imzaladığı layihədə əsasən LGBT fəalı Əvəz Hafizlinin öldürülməsi qeyd:ailə münaqişəsi,qardaşı tərəfindən öldürülməsi qeyd edilmir), Bəxtiyar Hacıyevin oğurlanması və xaricdəki bloggerlər üçün təhdidlər vurğulanır. 38 imza içərisində ən çox deputat Skandinaviya və Pribaltika, Niderland, Ruminiyadandır. Birukraynalı deputatın olması da diqqəti cəlb edir. Xüsusi vurğulayaq ki, qəbul edilən sənədin AŞP Assambleyasında müzakirə edilməməsi, ancaq onu imzalayanlara aid olması AŞPA-nın saytında qeyd edilib. Sitat: “This motion has not been discussed in the Assembly and commits only those who have signed it.”


Buna baxmayaraq, erməni şəbəkəsi və 5-ci kalon sənədi görünməmiş qələbə eyforiyası yaşamaqdadır. Diqqətçəkici məqam :bir tək LGBT fərdini (ailə münaqişəsi zəminində vəfat etməsi qeyd belə edilməyən) müdafiə edən platformanın sənədi - sonda ermənilər və 5-ci kalon tərəfindən “Azərbaycanda jurnalist və hüquqçulara qarşı təhdidlər” kimi gurultulu adla qəbul/ təqdim edilir. Məqsəd Avropa-Qərbdə kifayət qədər mütəşəkkil olan LGBT siyasətçi şəbəkəsini Azərbaycana qarşı mübarizəyə qaldırmaqdır. Məlumdur ki, Avroparlamentdə 156 nəfərlik LGBT deputat qrupu - LGBTI Intergroup - var. Kristof Lakrua isə AŞPA-da da bu şəbəkəni yaradıb. Həmin şəbəkənin “güclü fiqurlarından”olan Hanna Bardell 2 illik məruzəçi
təyin edilib.


HAŞİYƏ: 2017-ci ildə Böyük Britaniyada keçirilən parlament seçkilərində İcmalar Palatasına rekord sayda açıq LGBT(open gay) düşüb, deputatların ümumi sayının7%-ni təşkil edib ki, bu da dünyada ən yüksək göstəricidir. 36 kişi və 9 qadın deputatın 31-i İngiltərədən, 10-u Şotlandiyadan, 4-ü isə Uelsdəndir. Hanna Bardell 2015-ci ildən “Şotlandiya Milli Partiya”sının Livinqston üzrə seçilən 10 LGBT Şotland deputatdan biridir. (Livinqstonun 56 min əhalisi var (təxminən Göygöl r-nu qədər).O İcmalar Palatasının LGBT üzvləri sırasında 1-cidir.


Diqqət çəkən məqamlardan biri Bardelin qalmaqallı kariyerasıdır. Belə ki, siyasi kariyeraya gəlməsinin əsas səbəbi, işlədiyi neft-qaz şirkətini zorakılığa məruz qaldığı üçün tərk etməsidir. Diqqət çəkən məqam budur ki, Bardel bu zorakılığı açıqlamamaqla bağlı gizlilik müqaviləsi imzalayıb və bunun müqabilində pul alıb. “Xanım” Bardell hətta Şotlandiyada LGBT-ni aşkar təbliğ etdiyinə görə əhatədəkilərin hiddətinə səbəb olub, polisə bir neçə dəfə şikayət edib, yaxud spiker tərəfindən futbol oynadığı üçün tənqid edilib.

“Xanım” gah da "sevgilisi" ilə əl-ələ tutduğuna görə gündəm olub.

Fransa XİN rəhbəri K.Kolonna və Şotlandiya baş naziri Nikola Sturgen münasibətləri-Avropa siyasi elitasında LGBT dövranı

Oktyabrda Ketrin Kalonna da erməniləri dəstəkləyən müsahibə verdi. Təzəlikcə Fransa XİN seçilən K.Kalonna bundan əvvəl (2 September 2019 – 20 May 2022)Fransanın İngiltərədəki səfiri olub. Kalonna “xanım” hazırda Şotlandiya baş naziri, Hanna Bardelin üzvü olduğu Milli Partiyanın sədri Nikola Sturgenlə LGBT münasibətləri böyük qalmaqal yaradıb. Mediada “Şotlandiya nazirinin əri Fransa səfiri” kimi (Catherine Colonna - french ambassador to scotland wife) başlıqlar gedib. Eləcə də, kraliçanın Şotlandiyadakı (dəfn mərasiminin keçirildiyi) Balmoral qəsrində görüş təyin edən baş nazir gəlib Kalonnanın ona xəyanət etdiyini görüb və böyük qalmaqal yaranıb.


Beləliklə, belçikalı, AŞPA-da LGBT platforma yaradan siyasətçi, Azərbaycana qarşı müzakirələrin təşəbbüskarı Kristof Lakrua, məruzəçi təyin edilən Hanna və onun partiya sədri və ölkəsini baş naziri Nikol Stergen də, Fransa XİN Ketrin Kalonna da Rafael Qluksmanın, daha dəqiq deyilsə, dünya erməniliyinin (Boqosyanlar və s.) ölkəmizə qarşı yeni formalaşdırdığı Avropa LBGT siyasətçi şəbəkəsinə daxildir. Nikola Sterjen millətçi partiyanın rəhbəri kimi, Şotlandiyanın İngiltərədən ayrılmaqla bağlı referendumun, hazırda cəmi bir neçə həftə əvvəl seçilən Liz Trassın istefası ilə bağlı kampaniyalara başçılıq edir.

Hanna Bordell və Nikol Sturgen

Səciyyəvi şəkil olduğu üçün buradaca qeyd edək ki, Azərbaycana qarşı “qətnamə və müzakirələr” əksər hallarda 3-5 nəfərlik belə boş iclaslarda qəbul edilir və AvroParlamentin 705 üzvünün mövqeyi kimi təqdim edilir.

Davamı var...

Tahirə Allahyarova,
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzü, professor

Teqlər: Fransa  







Xəbər lenti