Axtarışda olan şəxs tüfənglə tutuldu

Axtarışda olan şəxs tüfənglə tutuldu
  16 Noyabr 2022    Oxunub:893
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Seyran Cahangirov saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti