Tovuzda kişi keçmiş arvadını öldürdü

Tovuzda kişi keçmiş arvadını öldürdü
  16 Noyabr 2022    Oxunub:678
Noyabrın 15-i saat 22 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü ərazisində 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tovuz rayon Prokurorluğundan AzVision.az -a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1987-ci il təvəllüdlü Xaliq Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ramilə Rüstəmovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti