“Xoruz”un quyruğu göründü – TƏHLİL

// Makron Fransası bölgə ilə bağlı kartlarını tam açdı

   “Xoruz”un quyruğu göründü –    TƏHLİL
  15 Noyabr 2022    Oxunub:3306
Fransa qanunverici orqanının öz seçicilərinə hörmətsizliyi davam edir. Ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verir. Fransa Senatı bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirib.
Fransa parlamentinin yuxarı palatası – Senat növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul edib.

Senat 2020-ci il noyabrın 25-də, Aşağı Palata Milli Assambleya isə 2020-ci il dekabrın 3-də Azərbaycan Respubvlikasının əleyhinə qətnamə qəbul etmişdi. Fransa konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiq desək, Respublika Prezidentinin səlahiyyətinə aid olduğundan, bu sənədləri Yelisey Sarayının qətnamələri kimi qəbul etmək daha doğru olar. Bu baxımdan Fransa hakimiyyəti, onun başçısı Emmanuel Makron öz seçicisinin mənafeyini lobbinin tapşırığına satır.

Göründüyü kimi Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşma prosesinə töhfə verməkdənsə öz ərazi büövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı əsassız iddialarla siyasi təzyiq göstərir. Bu, həm də rəsmi Parisin siyasi terroru kimi də dəyərləndirilə bilər. Emmanuel Makron beynəlxalq hüququ pozmaqda parlamenti də özünə suç ortağı edir.

Makron bu dəfə də ənənəsinə sadiq qalaraq, parlament qərar qəbul etməzdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurmuşdu. O, "tərəfsiz vasitəçiliyindən", Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə "töhfə vermək istəyi" və s. barədə danışıb. Təbii ki, Makron bu fikirlərində səmimi deyil. Əks halda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşardı.

Makron bu davranışı ilə ermənilik məktəbindən çıxdığını nümayiş etdirib. Burada Puşkinin məşhur “Sən oğrusan, sən yalançısan, sən ermənisən!” ifadələri yada düşür. Bu ifadələr Makrona da şamil edilə bilər. Üzdə Azərbaycan lideri ilə xoş, mülayim danışıb, arxadan zərbə endirmək namərdlikdir. Bunu Fransa Prezidenti bacarır. O, bu addımı ilə daha çox Fransaya xəyanət edir. Çünki buna görə perspektivdə rəsmi Parisə, Yelisey sarayına etimad azalacaq. Onun münaqişlərin həllində rolu azalacaq.


Makronun hakimiyyətə gəlişindən sonra Fransanın deqredasiyaya uğramış “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizi yalnız xristianlara keçərlidir. Ölkədə tüğyan edən irqçi, antisemit, Azərbaycanfob, türkofob və islamofob hallar fonunda azadlıq kimi fundamental dəyərlərə münasibətdə selektiv yanaşma tətbiq olunur.

Makron Fransasının bu davranışı müsəlman dünyasına nifrətdən doğur. O, hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir. Fikimrizcə, Rəsmi Paris Afrikadakı məğlubiyyətinin acığını erməniləri bəhanə edərək Azərbaycandan çıxmağa səy göstərir.

Fransa Senatı beynəlxalq normaları da pozub. O, Azərbaycanla imzaladığı sənədə, deməli, üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik edib. Bu, qədim peşə sahiblərinin davranışın xatırladır. Bu baxımdan Azərbaycan əleyhinə indiyə kimi qəbul edilən qətnamə iki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”yə zidddir.

Fransa Azərbaycana qarşı təkcə siyasi və hüquqi çərçivədə diskriminasiya etmir. Fransada yaşayan radikal erməni qruplarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə hücumu və Fransanın bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onların erməni vandalizmini himayə etməsi, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir. Rəsmi Paris Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası üzrə diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana qarşı selektiv yanaşdığını göstərir.

Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan konfiliktinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasıdır.

Rəsmi Paris Ermənistan vasitəsi ilə Afrikada, Əlcəzairdə, Malidə, Liviyada əzilən burnunu Cənubi Qafqaza soxmağa çalışır. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı qətnamə ilə özünü Qərbdə humanist kimi göstərməyə çalışır.

Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamə layihəsində “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin səsləndirilməsi həyasızlığın zirvəsidir. Ermənistanın belə, heç vaxt dilə gətirmədiyini Fransanın Azərbaycandan tələb etməsi “ermənidən daha çox erməni” olmağa çalışdığını, belə bir güclü ölkənin radikal ermənilərin əlində necə oyuncağa çevrildiyini göstərir.

Makron Fransanın tarixdə olduğu kimi – işğalçı, insan alverçisi, saxta, riyakar, dinlərarası iğtişaş yaradan, soyqırımı törədən, etnoslararası kin-nifrət toxumu səpən, cinayətkar olaraq qalmasına yardım edir. O, Fransanın keçmişdə törətdiyi pis əməllərə müasir insanların bir daha nəzər salmasının vacibliyini sübuta yetirir.

Makron və Senat sübut edir ki, Fransa tarixdə heç vaxt möhtəşəm, ədalətli, böyük, demokratik, humanist dövlət olaraq qalmayacaq. Yelisey sarayı bu qətnamə ilə Fransa tarixindəki çox saylı cinayətlərə birini də əlavə etmiş oldu. Ölkə tarxinin ləkələri cinayətlərinin sayı artdı.

Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanı müharibə cinayətlərində, humanitar hüququ pozmaqda ittiham etməsi riyakarlıq olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir. Fransa “öz gözündə tir görməyib, özgə gözündə çöp axtaran”lardandır. O da ermənilərə oxşamağa başlayıb. Təəssüf ki, erməni lobbisi Rusiya kimi Fransanı da dünyanın aparıcı dövlətlər sırasından çıxmasına təkan verir.

Yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal edib, həmin dövlətlərin sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən hələ də lənətlənir. Müstəmləkə illərində Fransa silahlı qüvvələrinin etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirilməsi uzaq tarix deyil. Fransa tarixdə işğalçı dövlət olaraq qalıb. Onun tarixi qan-qada ilə doludur. Bu xüsusiyyətinə görə o Ermənistana daha çox oxşayır.


Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa 17 dəfə nüvə sınağı keçirib. Onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bugünədək aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzairə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzairə təqdim etmək istəmir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında qabaqcıl yer tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırıb və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Vətən müharibəsindən indiyədək, yəni ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsində Ermənistan qədər, buna səssiz qalan Fransanın da məsuliyyəti var.

1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən və bu ölkənin "1,5 milyon şəhid ölkəsi" adlandırılmasına baiskar olan fransızların humanitar hüquqdan danışması tragikomediyadır. Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa, bu ölkəni “Fransa Əlcəzairi” adlandırıb.

1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam qətlə yetirilib. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib.

Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən danışan ölkənin paytaxtında, 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli ööldürülüb, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı” kimi düşüb.

Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət kimi qiymətləndirən Fransanın Paris şəhərindəki "İnsan muzeyi"ndə müstəmləkə müharibələrində öldürülən 18 000 döyüşçülərin kəllə sümükləri saxlanılır.

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yadda qalan hücumu nəticəsində 2 gün ərzində 3000-ə yaxın mərakeşli qətlə yetirilib. 1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli qətlə yetirilib.

29 noyabr 1947-ci ildə Vyetnamda törədilən qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüb. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl zorlanıb.

1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçiriblər. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb.

Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa, Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin, müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir.

Emmaunel Makron Fransanın gələcəyinin qəbirqazanıdır. O, ölkəsini böyüklər sırasından çıxarmaq, beynəlxalq arenada uçruma aparmaqla bunu tezləşdirir.
report.az


Teqlər: Fransa  





Xəbər lenti