Şəmkir polisi 14 yaşlı qızın nikahı ilə bağlı araşdırmaya başlayıb

   Şəmkir polisi 14 yaşlı qızın nikahı ilə bağlı araşdırmaya başlayıb
  15 Noyabr 2022    Oxunub:969
Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Belə ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad-soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın, həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.

AzVision.az



Teqlər:





Xəbər lenti