Beyləqanda ağır qəza: Sürücü ölüb, arvadı yaralandı

   Beyləqanda ağır qəza:    Sürücü ölüb, arvadı yaralandı
  15 Noyabr 2022    Oxunub:762
Beyləqan rayonunda avtomobillər toqquşub, sürücü ölüb, arvadı xəsarət alıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə noyabrın 13-ü saat 15 radələrində rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aşıqalılar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır. Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti