“Balenciaga” moda evi “Twitter” hesabını sildi

   “Balenciaga” moda evi “Twitter” hesabını sildi
  14 Noyabr 2022    Oxunub:1115
“Balenciaga” moda evi “Twitter”də hesabını silərək, İlon Mask tərəfindən satın alındıqdan sonra sosial şəbəkəni tərk edən ilk böyük moda brendi olub.
Paris brendi bu addımı jurnalistlərə şərh etməkdən imtina edib, lakin öz səhifəsini sosial şəbəkədən sildiyini təsdiqləyib. Balenciaga hesabının təxminən 950 min abunəçisi var idi.

Brendin kreativ direktoru Demna Qvasalia tərəfindən hazırlanmış “Balenciaga”nın yeni parçaları sosial mediada böyük ölçülü idman geyimləri, 1790 dollarlıq zibil torbalarına bənzəyən dəri çantaları və 950 dollarlıq timsah ayaqqabıları böyük səs-küyə səbəb olub.


AzVision.az


Teqlər:





Xəbər lenti