Piyadanı öldürən “BakuBus”ın sürücüsü tutulub

Piyadanı öldürən “BakuBus”ın sürücüsü tutulub
  11 Noyabr 2022    Oxunub:792
Piyadanı vuraraq öldürüb hadisə yerindən qaçan “BakuBus”ın sürücüsü tutulub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BakuBus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti