Təcili tibbi yardım maşını gecikdi, klub cərimələndi

   Təcili tibbi yardım maşını gecikdi,    klub cərimələndi
  10 Noyabr 2022    Oxunub:871
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib .
AzVision.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.

Misli Premyer Liqası XIII turunun “Turan Tovuz” – “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə “Turan Tovuz” 1600 manat cərimə edilib.

“Şamaxı”nın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə edilib, Anar Niftəliyev 5 oyunluq cəzalandırılıb.

Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri A buraxılış vəsiqələrini taxmadıqlarına görə hər iki klub 800 manat cərimə edilib.

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” stadiona gecikdiyi üçün klub 800 manat cərimə edilib.

Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə “Sumqayıt” klubu 4000 manat cərimə edilib və Samir Abasov 5 oyunluq cəzalandırılıb.

“Səbail” – “Sabah” oyununda “Səbail” klubu tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti