Gəncədə yataqxanada yanğın olub

Gəncədə yataqxanada yanğın olub
  09 Noyabr 2022    Oxunub:822
Gəncə şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Binanın 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd dolab yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 4 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti