Fermadan qumbara və tüstüverici şaşkalar tapıldı

Fermadan qumbara və tüstüverici şaşkalar tapıldı
  09 Noyabr 2022    Oxunub:732
Goranboy sakininin fermasından 2 ədəd “F-1” qumbarası və 5 ədəd tüstüverici şaşka aşkarlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki,Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Səfikürd kənd sakini əvvəllər məhkum olunmuş E.Abdullayevin üzərindən 12 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə E.Abdullayevə narkotik vasitəni satan Şəfəq kənd sakini Q.Abbasovdan 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, kəndin ərazisindəki fermasına baxış zamanı isə 1 kiloqram 250 qramdan artıq marixuana, çətənə toxumu, 2 ədəd “F-1” qumbarası, 5 ədəd tüstüverici şaşka, 198 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti