Polis Yevlaxda əməliyyat keçirib, 8 nəfər saxlanılıb

Polis Yevlaxda əməliyyat keçirib, 8 nəfər saxlanılıb
  09 Noyabr 2022    Oxunub:817
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat keçirib, 8 nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Yevlax RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti