Məşhur futbolçu federasiyanı "mafiya" adlandırdı

Məşhur futbolçu federasiyanı "mafiya" adlandırdı
  08 Noyabr 2022    Oxunub:872
“Sion”un futbolçusu Mario Balotelli növbəti dəfə qalmaqalla gündəmə gəlib.
AzVision.az xəbər verir ki, o, isveçrə çempionatının son turunda “Bazel”lə oyunda rəqib azarkeşlərə orta barmağını göstərib.

İsveçrə Futbol Federasiyası bu davranışa görə italiyalı hücumçunu 1 oyunluq cəzalandırıb.

Balotelli bununla bağlı “Blick” nəşrinə verdiyi açıqlamada İsveçrə Futbol Federasiyasını mafiya adlandırıb: “Dünyanın nə qədər utancverici bir yer olduğunu bilmək üçün İsveçrə çempionatına baxmalısız. İsveçrə Futbol Federasiyası necə bir mafiyadır, bilmirəm. İnanın mənə, mənim kimi futolçular saxtakarlığın, ədalətsizliyin hökm sürdüyü İsveçrə çempionatında oynamaqdan qürur duymur”.

Qeyd edək ki, Balotelli oyun zamanı rəqibin kobud oyununa məruz qalıb, ancaq hakim cərimə zərbəsi təyin etməyib. Futbolçu buna qəzəblənib və fanatlara orta barmağını göstərib.

AzVision.az



Teqlər:





Xəbər lenti