Fransa dünya çempionatını ərəblərə necə satıb? - Tarixi etiraf

   Fransa dünya çempionatını ərəblərə necə satıb? -  Tarixi etiraf
  08 Noyabr 2022    Oxunub:1092
FİFA-nın keçmiş prezidenti Yozef Blatter Qətərin DÇ-2022-yə ev sahibliyi etməsinin yanlış olduğunu düşünür.
AzVision.az xəbər verir ki, bu barədə o, özu açıqlamasında məlumat verib. Blatter deyib: “Bu səhvdir. Futbol və dünya çempionatı bu ölkə üçün çox böyük işdir. Belə seçimə görə məsuliyyət daşıyıram, çünki həmin vaxt FİFA prezidenti olmuşam. Ancaq tarixi dəyişdirmək olmaz”.

Keçmiş FIFA prezidenti həmçinin bildirib ki, 2022-ci il dünya çempionatı ABŞ-da keçirilməliymiş:

Mişel Platini həbs edildi
“Mişel Platini o vaxt mundialın ABŞ-da yox, Qətərdə keçirilməsini istədi. Rusiyadan sonra ABŞ-ın ardıcıl olaraq dünya çempionatına ev sahibliyi etməsi iki siyasi rəqib arasında sülh jesti olardı. Amma Mişel bir gün əvvəl Qətərin vəliəhd şahzadəsi ilə nahar edən prezident Sarkozinin sarayına dəvət olunub. Sarkozi Platiniyə tapşırıb ki, dünya çempionatının ev sahibi seçimlərində Qətər üçün nəsə etməyə çalışsın. Təbii ki, söhbət həm də puldan gedirdi. Altı aydan sonra Qətər Fransadan 14,6 milyard dollara qırıcı təyyarələr aldı".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

AzVision.az



Teqlər:   Qətər   Fransa  





Xəbər lenti