“Barselona” Pikeni meydana qaytarır

“Barselona” Pikeni meydana qaytarır
  08 Noyabr 2022    Oxunub:939
Kataloniyanın “Barselona” klubu İspaniya çempionatının 14-cü turunda səfərdə “Osasuna”ya qarşı keçirəcəyi matçla əlaqədar futbolçularının iştirak ərizəsini təqdim edib.
Maraqlıdır ki, bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayan Jerar Pikenin adı “Osasuna”ya qarşı keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib. İspaniya mətbuatı yazır ki, onun səfər oyununa aparılması komandadakı futbolçu çatışmazlığı ilə bağlıdır.

Məlumatda həmçinin qeyd olunur ki, zədə səbəbində “Barselona”nın üç futbolçusu - Jules Kunde, Ronald Arauxo və Serxi Roberto (hər üçü müdafiəçidir) bugünkü oyunu buraxmalı olacaqlar.

Qeyd edək ki, “Osasuna” - “Barselona” görüşü noyabrın 9-da Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti