Yevlaxda 18 yaşlı qəzada öldü: Bu gün toyu olacaqdı

Yevlaxda 18 yaşlı qəzada öldü:    Bu gün toyu olacaqdı
  07 Noyabr 2022    Oxunub:848
Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Nuranə Hüseynovanın bu gün toyu olacaqmış, onlar gözəllik salonuna gedən zaman qəzaya düşüblər. X.Hüseynova və G.Hüseynova isə onun əmisi qızlarıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti