28 illik rekordu təkrarladı

28 illik rekordu təkrarladı
  05 Noyabr 2022    Oxunub:952
“Atletik”in (Bilbao) futbolçusu İnyaki Uilyams 28 illik rekordu təkrarlayıb.
AzVision.az xəbər verir ki, 28 yaşlı hücumçu buna La Liqanın 13-cü turunda “Jirona” ilə oyunda meydana çıxmaqla nail olub.

Qanalı hücumçu La Liqada ardıcıl 246-cı matçda iştirak edib. Uilyams bu göstəricidə 1987-1994-cü illərdə Almaniya “Ayntraxt”ının heyətində eyni sayda oyun keçirmiş Manfred Bintsin rekordunu təkrarlayıb.

Qeyd edək ki, Uilyams "Atletik"in yetirməsidir və yalnız Bilbao təmsilçisində oynayıb. O, ümumilikdə 384 qarşılaşmada 101 qola imza atıb.

AzVision.az



Teqlər: Rekord  





Xəbər lenti