"Axşamlar oğurluq edib işləyirəm" - Xalq şairi

   "Axşamlar oğurluq edib işləyirəm" -    Xalq şairi
  04 Noyabr 2022    Oxunub:1576
"Həyat öz axarı ilə gedir. Biz kimik ki, ona müdaxilə edək. Həyat mürəkkəbdir. Dərk elədikcə dərk olunmaz olur".
Bunu AzVision.az -a Xalq şairi Nəriman Həsənzadə deyib. Hal-əhvalından danışan qocaman yazar gününün çox hissəsini ədəbi yaradıclığa həsr etdiyini deyib.

"Mən işləyə-işləyə dincəlirəm. Yaradıcı adam üçün ən gözəl istirahət yazmaqdır. Yoxsa elə-belə istirahət həyatın sonudur. Yazmayan gün sən ölmüsən. Sonun yetişib.İşlədin yaşayacaqsan, işləməsən öləcəksən

Gündüz dərsdə oluram. Çox gözəl kollektivimiz var. Axşamlar da yuxu vaxtımdan oğurlayıb işləyirəm. Əsərlərim də çap olunur".

Yazıçı bildirib ki, tək yaşasa da övladları ona tez-tez baş çəkir.

"Oğlumun, qızımın öz evi var. Tək yaşayıram. Amma oğlum hər axşam gəlib mənimlə qalır.
İndi zəhmətimin məhsulunu görmək istəyirəm. "Azdrama"da əsərlərimin tamaşaya qoyulmasını istəyirəm. "Pompeyin Qafqaza yürüşü", "Atabayəylər" kimi əsərlərim xalqa tamaşalar vasitəsi ilə çatdırılmalıdır. "Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır" əsərimə televiziya tamaşası hazırlandı. İndi isə onun teatr tamaşası versiyası üzərində iş gedir",- N. Həsənzadə bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti