Nazirlik aktyorun ittihamlarına cavab verib
Nazirlikdən aktyorun Türkiyənin Bursa şəhərində keçirilən "Korkut Ata" film festivalında iştirak edən "Həyat deyəsən gözəldir" filminin nümayişinə onun aparlamadığını və buna nazirliyin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun mane olduğu idddialarına cavab olaraq bildirilib ki, festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir: “Qonaqlar qardaş ölkənin sözügedən qurumu tərəfindən dəvət olunurlar”.
Qeyd edək ki, aktyor noyabr ayının 11-də Nizami kino mərkəzində "Baku International Short Film Festivalı"nın açılışında ssenari müəllifi və rejissoru olduğu "Çılpaq"filmin əvvəlcə nümayişi planlaşdırılsa da, sonradan ləğv edilməsinə etiraz edib.
AzVision.az
Teqlər: