İzdiham ölümləri: Şeytan hacıları daşlayanda... - FOTOLAR
• 2015-ci il sentyabrın 24-də Məkkə yaxınlığındakı Mina şəhərində Həcc ziyarəti zamanı şeytanı daşqalaq edən ibadət əhlinin kütləvi izdihamında 2300-ə yaxın insan həlak olub.
• 2022-ci il oktyabrın 1-də İndoneziyanın Şərqi Yava əyalətinin Malanq şəhərindəki futbol stadionunda yaranan izdihamda 133 nəfər, o cümlədən 40-dan çox uşaq ölüb.
• 2013-cü il oktyabrın 13-də Hindistanın Madhya-Pradeş əyalətinin Datia rayonunda məbədin yaxınlığında dini bayram 115 nəfərin ölməsi, 110-dan çox insanın yaralanması ilə nəticələnib.
• 2013-cü il yanvarın 1-də Fil Dişi Sahilində atəşfəşanlığı izləməyə gələn insanların çoxluğu 60 nəfərin həyatına son qoyub.
• 2020-ci ilin yanvarın 7-də İranın cənub-şərqindəki Kirman şəhərində iranlı general Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 56 nəfər ölüb.
• 21 mart 2021-ci il tarixində Tanzaniyanın Dar əs-Salam şəhərində prezident Con Maqufulinin anım mərasiminin keçirildiyi stadiondakı izdiham 45 nəfərin ölməsinə səbəb olub.
• Almaniyanın Duisburq şəhərində keçirilən "Love Passage" texno festivalında tunelə girməyə çalışan iştirakçılar arasında yaranan izdihamda 19 nəfər ölüb, 342 nəfər yaralanıb.
• Braziliyanın Santa Maria şəhərindəki gecə klubunda baş verən yanğın böyük çaxnaşma yaradıb, qaçmağa çalışan 230-dan çox adam həlak olub.
• İngiltərənin Şeffild şəhərindəki “Hillsboro” stadionunda keçirilən “Liverpul” – “Nottingem Forest” matçında 97 nəfər ölüb, ən azı 200 nəfər yaralanıb. Hadisə ölkənin ən dəhşətli idman fəlakəti kimi tarixə düşüb.
Aytən Zəhra
AzVision.az
Teqlər: