AFFA İntizam Komitəsi klubları cərimələyib

AFFA İntizam Komitəsi klubları cərimələyib
  03 Noyabr 2022    Oxunub:633
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub. 29.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 55 nömrəli futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 200 manat cərimə olunsun. (maddə 47.2).

29.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Zirə” – “Neftçi” oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” kluba xəbərdalıq edilsin. (PFL-nin Əsasnaməsinin 14.7-ci bəndinin tələblərinin pozulması, maddə 35, maddə 11).

30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödənilsin. (maddə 49.4).

30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimə olunsun. (maddə 39).

30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” və “Qəbələ” klublarının azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” klubları ayrı – ayrılıqda 4000 manat cərimə olunsun. (maddə 49.1, maddə 49.3).

30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunsun (maddə 51.1).

30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan “Qəbələ” klubu tərəfindən tam ödənilsin. (maddə 49.4).

30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” –“Qəbələ” oyununda, “Qəbələ” klubunun azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulur. 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona girişi qadağan edilsin. (maddə 49.3).

AzVision.az


Teqlər:





Xəbər lenti