Gənclər üçün “Karyera və İnkişafa ilk addım” layihəsi reallaşdırılıb

Gənclər üçün “Karyera və İnkişafa ilk addım” layihəsi reallaşdırılıb
  16 Oktyabr 2022    Oxunub:351
08-15 oktyabr 2022 ci il tarixlərində Şəki şəhər Heydər Əliyev Mərkəzində, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən "Karyera və İnkişafa ilk addım” adlı layihə həyata keçirilib.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Nicat Abdulxalıqov qeyd edib ki, bu gün
respublikamızda əhalinin məşğulluq səviyyəsinin artırılması üçün bir çox proqramlar
həyata keçirilir, azad və doğru biznes rəqabət mühitinin yaradılması üçün əməli
addımlar atılır. Paytaxt Bakıda regionlara nisbətən daha çox iş imkanı və biznes mühiti
vardır. Paytaxtda biznes quruculuğu, iş tapılması və s. karyera inkişafı istiqamətində bir
çox layihələr həyata keçirilsə də regionlarda bunlara rast gəlmək çox çətindir. Region
gənclərinin bu barədə məlumatarı azdır. Ona görə də Şəki rayonunda yaşayan
gənclərin bu sahədə maarifləndirilməsi ehtiyac duyulur. Məqsəd rayon gənclərinə
karyeralarını qurmaqda və şəxsi inkişafları istiqamətində köməklik göstərməkdir. Daha
sonra layihə təlim formatında davam edib. Hər gün iki saat müddətində davam edən
təlimdə 90 nəfər gənc iştirak edib.



AzVision.az



Teqlər: Layihə  





Xəbər lenti