Ağdamda ağır yol qəzası olub, ölən və yaralanan var

Ağdamda ağır yol qəzası olub, ölən və yaralanan var
  29 Oktyabr 2022    Oxunub:810
Ağdam rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti