"Qarabağ" uduzdu - Yenilənib

  "Qarabağ" uduzdu -  Yenilənib
  28 Oktyabr 2022    Oxunub:2154
Bu gün Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxıb.

Ağdam klubu Fransada “Nant”la üz-üzə gəlir. Bakıda bu rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ”a qrupdan çıxmaq üçün heç-heçə də kifayət edir.

Təmsilçimiz qalib gəlməklə qrupu birinci pillədə başa vurmaq şansını da saxlaya bilər. Bunun üçün qrupun digər oyununda lider “Frayburq” "Olimpiakos"la görüşdə xal itirməlidir.

***
Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində üz-üzə gələcək “Nant” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

“Nant”ın start heyətində Alban Lyafon, Andrey Cirotto, Pedro Çirivelya, Evann Gessan, Samuel Mutussami, Ludovik Blas, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Kenten Merlen, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina çıxacaqlar.

Qeyd edək ki, "Bojuar" stadionunda oynanılacaq "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***
Matç başladı.

***
"Nant" hesabı açdı. Ludovik Blas 17-ci dəqiqədə fərqləndi.
***
Birinc hissə bitdi.
***
Filip Ozobiç 56-cı dəqiqədə hesabı bərabərləşdirdi.
***

Nant” ikinci qolu vurdu. Moses Simon, 90+4-cü dəqiqədə fərqləndi.

AzVision.az


Teqlər:





Xəbər lenti