Zatulindən sonra Simonyanın da İrəvana girişi qadağan edildi

  Zatulindən  sonra  Simonyanın da İrəvana girişi qadağan edildi
  26 Oktyabr 2022    Oxunub:1560
Xəbər verdiyimiz kimi dünən ermənilərin dostu kimi tanınan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub.
Bu gün isə məlum olub ki, Ermənistan hökuməti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və "Russia Today" (RT) telekanalının baş redaktoru Marqarita Simonyanı da "persona-non-qrata" elan edib.

Bir vaxt "əsl insan" idi, indi düşməndir - Zatulini niyə silirlər?
- Uzun illərdir ki, Ermənistanın qatı himayədarı olan Konstantin Zatulinin Ermənistana girişi İrəvanın hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, elə mənə də qadağa qoyulub, - Simonyan sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı. Rusiyalı deputat bundan sonra açıqlama verərək bəyan etdi ki, bu qərar onun şəxsinə qarşı böyük təhqirdir.

Konstantin Zatulinlə yanaşı Marqarita Simonyan da daha çox Azərbaycan əleyhinə fəaliyyətlər və açıqlamalar verməsi ilə tanınır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti