“Rusiya Kiyevi ələ keçirməyə yenidən cəhd edə bilər” - Dmitri Qalkin
Onun sözlərinə görə, Rusiya-Belarus müştərək qoşun qrupunun Ukrayna ilə sərhəddə yerləşdirilməsi də hədə-qorxu kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Rusiya rəhbərliyi demək istəyir ki, tələbləri yerinə yetirilməsə, Kiyevə qarşı yeni hücuma keçə bilər, özü də bu dəfə daha yaxşı təşkil olunmuş və daha hazırlıqlı şəkildə. Növbəti yazda başlayacağı ehtimal olunan budəfəki əməliyyatda Belarus ordusunun iştirakı da mümkündür, təbii ki, o vaxta qədər müharibə bitməsə. Amma çox güman ki, Aleksandr Lukaşenko Belarus qoşunlarını yenə Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirakdan yayındırmağa çalışacaq. Lakin müştərək qoşunun yerləşdirilməsi istənilən halda onu deməyə əsas verir ki, Rusiya hökuməti Ukrayna rəhbərliyini öz tələblərini yerinə yetirməyə məcbur etmək üçün Kiyevi yenidən ələ keçirməyə cəhd edə bilər.
Samir Vəliyev
AzVision.az
Teqlər: Müharibə