Bir çox şirkətlər “Admedia”nı seçir - FOTO/+VİDEO

   Bir çox şirkətlər “Admedia”nı seçir -    FOTO/+VİDEO
  24 Oktyabr 2022    Oxunub:1103
Bakı Ekspo Mərkəzində keçirilən "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi yerli və xarici şirkətlərin stendləri, yenilikçi təqdimatları ilə bu il bir-birindən fərqləndi. Təbii ki, sərgidə iştirak edən hər bir şirkət, müəssisə sahibi üçün stendinin gözoxşayan olması və qüsursuzluğu arzulanandır. Çünki bu təqdimatlar onların gördüyü və görmək istədiyi işi özündə əks etdirir.

Sərgi çərçivəsində bəlli oldu ki, bir sıra stendlərin vizual və texniki tərəflərinin tərtibatı Azərbaycanın ən iri reklam agentliklərindən olan “Admedia” tərəfindən həyata keçirilib. Şirkətin fərqli, özünəməxsus fəaliyyət sistemi demək olar ki, hər bir müştərisini məmnun edir. Bu səbəblə də iştirakçıların çoxunun təqdimatları bu agentliyə həvalə olunub.


Şirkətin direktoru Sabit Məmmədov sərgi çərçivəsində hazırlanan stendlərlə bağlı bildirib ki, artıq ikinci ildir Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Beynəlxalq sərgisində fəal iştirak edirlər: “Bizim böyük və peşəkar komandamız var, o səbəbdən bizə müraciət edən sifarişçilərin məhsulu vaxtında və keyfiyyətli formada təhvil veririk. Bir daha bizi seçənlərə öz təşəkkürümüzü bildiririk”.


Qeyd edək ki, “Admedia” 13 ildir fəaliyyət göstərən, portfoliosunda 30-dan çox dövlət qurumu, 100-dən artıq yerli və xarici brendlər olan 360 dərəcəli reklam agentliyidir. Şirkət sərgi və stendlərin hazırlanması, reklam istehsalı, TV və radioda reklamı, sosial media reklamı və digər bu kimi xidmətləri göstərir.







Teqlər:





Xəbər lenti