Bakıda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
  24 Oktyabr 2022    Oxunub:923
Bakıda evdə yanğın olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti