"Kəpəz"in şikayəti təmin edilmədi

"Kəpəz"in şikayəti təmin edilmədi
  21 Oktyabr 2022    Oxunub:650
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Kəpəz"in apellyasiya şikayətini təmin etməyib.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

AFFA İntizam Komitəsinin “Kəpəz” barəsində qəbul etdiyi 4 min manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Kəpəz” – “Şamaxı” oyunun 34-cü dəqiqəsində Gəncə klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” 4 min manat cərimə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti