Keçmiş məhbus 6000 manatlıq oğurluq edib

Keçmiş məhbus 6000 manatlıq oğurluq edib
  21 Oktyabr 2022    Oxunub:914
Xətai rayonu General Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti