16 yaşlı nişanlısını öldürən oğlan tutuldu

   16 yaşlı nişanlısını öldürən oğlan tutuldu
  20 Oktyabr 2022    Oxunub:1131
Prokurorluq Abşeron rayonunda baş verən qətl barədə məlumat yayıb.
Abşeron rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti