8 yaşlı uşaq antibiotikdən ölüb

8 yaşlı uşaq antibiotikdən ölüb
  15 Oktyabr 2022    Oxunub:1084
Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb
Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.
AzVision.az xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.

Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub.

Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti