Fransa klubunda baş məşqçi istefası

Fransa klubunda baş məşqçi istefası
  13 Oktyabr 2022    Oxunub:1032
"Reyms" (Fransa) baş məşqçisi Oskar Qarsiya ilə yollarını ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib.

Qarsiya 2021-ci ilin yayından "Reyms"i çalışdırırdı.

Qeyd edək ki, "Reyms" son oyununda ölkə çempionatında PSJ ilə 0:0 hesablı heç-heçə edib. Komanda hazırda turnir cədvəlində 8 xalla 15-cidir.

AzVision.az


Teqlər:





Xəbər lenti