Müharibə göyərçinləri: Mühasirəyə düşən diviziyanı xilas ediblər

      Müharibə göyərçinləri:    Mühasirəyə düşən diviziyanı xilas ediblər
  11 Oktyabr 2022    Oxunub:2114
Müharibələrdə bir sıra heyvanlardan istifadə olunur. Bunlardan biri də göyərçindir.
Döyüş göyərçinləri müharibə zamanı, xüsusi ilə də I və II Dünya Müharibələri dövründə istifadə olunan təlim keçmiş quşlardır. Sözü gedən göyərçinlərin əsas vəzifələri bir cəbhədən digər cəbhəyə məktub və yaxud da xüsusi şifrəli mesajlar göndərmək olub.

Müharibə əsnasında göyərçinlərin bu uçuşlarının, fəaliyyətlərinin effektlilik nisbəti 90% faiz təşkil edib. Onların bu müvəffəqiyyəti ilə barışa bilməyən bəzi ölkələr quşlara qarşı kampaniya da başlatmışdı. Heyvanları güllələyənlər hətta 5 funt məbləğində pul ilə mükafatlandırılacaqdılar.

Zaman keçdikcə göyərçinlərin bəziləri kifayət qədər məşhurluq qazandı. Məsələn, “The Mocker” adlı göyərçin xəsarət almadan öncə 52 ədəd məktubu müvəffəqiyyətlə təyinat nöqtəsinə çatdırıb. “Cher Army” adlı digər quş isə ayağını və gözünü itirməsinə baxmayaraq məktubu uğurlu şəkildə lazım olan nöqtəyə aparıb. Onun sayəsində mühasirəyə alınmış Amerikanın böyük bir piyada diviziyası xilas edilib.

I Dünya Müharibəsində uğurlu nəticə göstərən 32 göyərçin “Dickin medalı” ilə təltif edilib.

Şəms Şahinli
AzVision.az



Teqlər: Göyərçin   Müharibə  





Xəbər lenti