UEFA Avropa Liqası: “Qarabağ” “Olimpiakos” darmadağın etdi

      UEFA Avropa Liqası:    “Qarabağ” “Olimpiakos” darmadağın etdi
  07 Oktyabr 2022    Oxunub:1250
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.
AzVision.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub. Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada “Qarabağ” komandası 3:0 hesablı qələbə qazanıb. Oyunda Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqləniblər.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur

AzVision.az



Teqlər:





Xəbər lenti